ABŞ Qarabağ separatçılarına maliyyə yardımı ayırdı


19:30     24 İyul 2020 20_07_24_1595604806.jpg

ABŞ Konqresinin Nümayəndələr Palatası işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına 1,4 milyon ABŞ dollarının ayrılmasını təsdiqləyib.

Femida.az xəbər verir ki, məlumatı ABŞ-dakı Erməni Milli Komitəsi (ANCA) yayıb.

Bu maliyyə vəsaitinin Qarabağın minalardan təmizlənməsi üçün “HALO Trust” proqramına veriləcəyi iddia olunur.

Xatırladaq ki, həmin proqramın maliyyələşdirilməsi 2020-ci ilin mart ayından dayandırılmışdı.

Açar sözlər:

Oxunub: 790