“ASAN xidmət” 25-26 iyul, 1-2 avqustda işləməyəcək
20:14 24 İyul 2020
Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar 25, 26 iyul və 1, 2 avqust tarixlərində Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, Gəncə, Masallı, Sumqayıt, Mingəçevir, Bərdə, Şəki regional “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Digər günlərdə isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər. Belə ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
Oxunub: 897
Oxşar xəbərlər
- “ASAN xidmət” mərkəzlərində iş başladı
- “ASAN xidmət”in fəaliyyəti BMT-nin qlobal nəşrində
- “ASAN İmza” ümumdünya hesabatına ən yaxşı təcrübə kimi daxil edilib
- “ASAN Xidmət”ə yeni səlahiyyət verilib
- “ASAN xidmət”ə 5,7 milyon müraciət daxil olub
- “ASAN xidmət”in bu əməkdaşları təltif olundu
- “ASAN xidmət” vətəndaşlara müraciət edib
- “ASAN xidmət” və "ASAN Kommunal" noyabrın 9-u işləməyəcək
- “ASAN xidmət”in 36 əməkdaşı könüllü ordu sıralarına qoşuldu
- “ASAN müraciət” informasiya sistemi yaradılır