Bakıda avtomobil qaçırılıb


10:43     25 İyul 2020 20_07_25_1595657632.jpg

Bakıda avtomobil oğurlayan şəxs tutulub.

“Report”un xəbərinə görə, hadisə iyulun 23-ü saat 15:00 radələrində Xətai rayonu, General Şıxlinski küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs T.Məlikova məxsus işlək vəziyyətdə olan “Hyundaı” markalı avtomobili qaçırıb.

Polisə daxil olan müraciət üzrə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rahib Rzayev Qala qəsəbəsində maşını saz vəziyyətdə idarə edərkən saxlanılıb.

Faktla Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, şübhəli şəxs ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 850