Şirvanda üç maşın toqquşub, xəsarət alanlar var


10:59     25 İyul 2020 20_07_25_1595658350.jpg

Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində zəncirvarı qəza baş verib.

Femida.az -ın məlumatına görə, “VAZ-2107” markalı avtomobil yüksək sürətlə qarşı tərəfin hərəkət zolağına çıxaraq "Mitsubishi Pajero" və "Chevrolet" markalı avtomobillərlə toqquşub.

Nəticədə sürücülər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. “VAZ-2107”nın sürücüsünün vəziyyəti ağır olduğundan o reanimasiyaya yerləşdirilib.



Açar sözlər:

Oxunub: 815