Göyçayda karantin qaydalarını pozan COVID-19 xəstəsinə cinayət işi açılıb
12:40 25 İyul 2020
Koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması və digər neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən ardıcıl və kəsərli mübarizə tədbirləri davam etdirilir.
Göyçay rayon prokurorluğundan Femida.az-A verilən məlumata görə, iyulun 20-də saat 10 radələrində koronavirus infeksiyasına yoluxmuş Göyçay rayonu, İnçə kənd sakini 1974-cü il təvəllüdlü Vüqar Mehdiyevin ev şəraitində müalicə almasına baxmayaraq, yaşadığı evi icazəsiz və tibbi maskadan istifadə etmədən tərk edərək infeksiyanın digər vətəndaşlara yoluxması təhlükəsi yaratmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün rayon polis şöbəsinin İstintaq Bölməsinə göndərilib.
Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.
Oxunub: 917
Oxşar xəbərlər
- Göyçayda məktəbli telefonu əlindən alındığı üçün intihar edib
- Göyçayda məktəb direktoru vəfat edib
- Göyçayda polisə xəsarət yetirilib
- Göyçayda həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır
- Göyçayda qanunsuz narkotik satışına görə 6 nəfər həbs edilib
- Göyçayda “E-manat”dan 32 000 manat oğurlanıb
- Göyçayda şirkətdən 10 min manatlıq oğurluq edilib
- Göyçayda 25 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
- Göyçayda keçmiş məhkumdan odlu silah götürülüb
- Göyçaydan Lənkərana toya gələnlər qəzaya düşdü, ölən və yaralı var