ABŞ-ın Azərbaycan və Ermənistandakı səfirlikləri bəyanat yaydı


13:19     25 İyul 2020 20_07_25_1595668831.jpg

ABŞ səfirlikləri Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında iyulun 21-də keçirilmiş etiraz aksiyası ilə bağlı birgə bəyanat yayıblar.


Bu barədə Femida.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"ABŞ-ın Bakıdakı və İrəvandakı səfirliklıri dinc toplaşma və etiraz bildirməyin ümumbəşəri prinsiplərinə zidd olan zorakılıq hərəkətlərini pisləyir. ABŞ diplomatik obyektləri qorumaq öhdəliyini ciddi qəbul edir və bu səyləri dəstəkləmək üçün yerli hüquq mühafizə orqanları ilə birlikdə çalışır. Söz və dinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur, lakin hüquq-mühafizə orqanları zorakılıq aktları barədə müvafiq tədbir görəcək. Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq", - bəyanatda vurğulanıb.

Femida.az

Açar sözlər: #ABŞ   #səfirlik  

Oxunub: 914