Ağstafada partlamamış hərbi sursatlar, patronlar aşkarlandı


18:55     25 İyul 2020 2020/07/181bc824-07cf-3837-9fce-4e45994e7ee2_1595690892.jpg

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağstafa rayonu, Tatlı kəndi ərazisində güllə və mərminin tapılması barədə məlumat daxil olub.


ANAMA-dan Femida.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları əraziyə göndərilib və birlikdə yol kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 6 ədəd partlamamış hərbi sursat, 3 ədəd təlim məqsədli mərmi, 5 ədəd tərkibində partlayıcı maddə olmayan mərmi və 8 770 ədəd müxtəlif çaplı patron aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyaların ətrafında 180 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1176