Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı


21:19     25 İyul 2020 2020/07/koronavirus_test_1595697621.jpg

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 25-nə olan statistik göstəriciləri açıqlayıb.

Femida.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 433 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 676 252 test aparılıb. Aktiv xəstə sayı 7 143 nəfərdir, onlardan 313 nəfər reanimasiyadadır, 76 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1029