TƏBİB: Reanimasiyada olan xəstələrin sayı azalıb


21:57     25 İyul 2020 2020/03/tebib_1583501981.jpg

Azərbaycanda koronavirusla bağlı 25 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Femida.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 8433 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 676 min 252-yə çatıb.

Reanimasiyada olan xəstə sayı 313, süni tənəffüs cihazında olan xəstə sayı 76-dır. Ötən günlə müqayisədə (dünən 335 nəfər idi) reanimasiyada olan xəstələrin sayı azalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1177