Putin nazirə ad günündə nə bağışladı?


14:22     09 Dekabr 2015 4146360.jpg

Rusiya prezidenti Vladimir Putin ölkənin idman naziri Vitaliy Mutkonu ad günü münasibəti ilə təbrik edib və ona ingilis dilini öyrənmək üçün kitab hədiyyə edib.


Putin hədiyyəni idmanın inkişafı üzrə Prezident Şurasının və “Rusiya-2018” Təşkilat Komitəsinin Müşahidə Şurasının birgə təşkil edilmiş iclasının açılışında edib.

“Görüşümüzü xoş bir hadisə ilə başlamaq istəyirəm - bu gün Vitaliy Leontyeviç Mutkonun ad günüdür, onu bu münasibətlə təbrik edirəm, - RF prezidenti deyib. - Vitaliy Leontyeviç təkcə futbol yox, ümumiyyətlə bizim idmanı beynəlxalq aləmdə təmsil edir. Bu səbədən ona ingilis dilini öyrənmək üçün kitab hədiyyə edirəm, və bu dili öyrənməkdə uğurlar arzulayıram”, - Putin deyib.

Bundan sonra Rusiya prezidenti Mutkoya hədiyyəni verib.

Qeyd edək ki, Vitaliy Mutkonun 57 yaşı tamam olub. İdman nazirinin ingilis dilində söylədiyi bir neçə cümlə onu dünyaca məşhur edib.

Açar sözlər:

Oxunub: 932