Masazırda evdə meyit aşkarlanıb


09:12     26 İyul 2020 meyitt0.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Femida.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1137