Ermənistanda koronavirusdan ölənlərin sayı 700 nəfəri ötdü


11:32     26 İyul 2020 2020/07/ermenistan-korona_1595748940.jpg

Ermənistanda son sutkada 321 nəfərdə koronavirus aşkarlanıb.

Femida.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 37 317 –yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 705-ə çatıb. İndiyədək 26 478 pasiyent infeksiyadan sağalıb. 9 914 nəfər müalicə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 921