FHN: Axtarışlar davam etdiriləcək


14:28     09 Dekabr 2015 e075b26076ccdf05ef1b750c63f07d657.jpg

Femida.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə yağmurlu, soyuq hava şəraitinə baxmayaraq, "Günəşli" yatağında baş verən yanğın nəticəsində itkin düşmüş neftçilərin axtarışı bu gün də davam etdiriləcək.


Nazirlikdən qeyd ediblər ki, yağışlı və soyuq hava şəraiti axtarış aparan helikopterin işinə mane olmur. Eyni zamanda, dalğıcların axtarışları davam etdirməsinə də hazırda maneə yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 815