Gürcüstan azərbaycanlıları bölgədə sülh çağırışlı aksiya keçirir


12:48     26 İyul 2020 2020/07/728482c1-5952-333b-b5bc-a1f5c5d74c93_1595752458.jpeg

Gürcüstanın Marneuli rayonunda "İşğala son!" şüarlı dinc aksiya keçirilir.

Aksiyanı "Borçalı İrəli" İctimai Birliyi və Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası birgə təşkil edib.

İştirakçılar Ermənistanın Azərbaycana qarşı işğalı və hərbi təxribatlarına etiraz ifadə edirlər. Aksiyaçılar bildiriblər ki, Ermənistanın Azərbaycana qarşı Tovuz rayonu istiqamətində törətdiyi silahlı qarşıdurma bölgədə sülhə ciddi təhdiddir.

Aksiyada Azərbaycan dövlətinə və Ordusuna dəstək, "Qarabağ Azərbaycandır!", "Hamımız İlqarıq" (şəhid İlqar Mirzəyev-red.) şüarları səsləndirilir. İştirakçılar Gürcüstan ərazilərinin işğal altında saxlanılmasını da qınayırlar. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 686