25-26 iyulda koronavirus testlərinin cavabları səhv göndərilib - RƏSMİ


12:50     26 İyul 2020 2020/07/korona_1595753093.jpeg


25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.

Femida.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

"Qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar. 27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik", - məlumatda deyilir.

Vətəndaşlara SMS bu formada göndərilir:

"Hörmətli vətəndaş. Sizin verdiyiniz analiz nəticələri ilə bağlı 26.07.2020 tarixində göndərilən cavab SMS-lərində texniki xəta baş vermişdir. Xahiş edirik SMS-ləri nəzərə almayasınız. Texniki səhvə görə üzr istəyirik".

Femida.az

Açar sözlər:

Oxunub: 1393


Oxşar xəbərlər