Qarabağda koronavirusdan ilk ölüm halı qeydə alınıb


14:11     26 İyul 2020 20_07_26_1595758304.jpg


Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində koronavirusa yoluxanlar arasında ilk ölüm halı qeydə alınıb.

Femida.az xəbər verir ki, bu barədə məlumatı qondarma rejimin “Səhiyyə Nazirliyi” yayıb.

Məlumata görə, ölən şəxs 90 yaşında olan bir qadındır.

Ümumilikdə bölgədə koronavirusa yoluxanların sayı 212 nəfərdir. Onlardan 149-u sağalıb.

Bildirilib ki, işğal altında olan ərazidə 125 nəfər karantinə alınıb, 4 691 koronavirus testi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 910