DİN polkovniki koronavirusdan öldü


14:45     26 İyul 2020 20_07_26_1595767162.jpg


Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat İmtahan İdarəsinin rəisi, polkovnik İlham Rəcəbov dünyasını dəyişib.


İlham Rəcəbov bir neçə gün əvvəl müalicə üçün Türkiyəyə aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, rəis müavini təxminən bir ay əvvəl koronovirusa yoluxmuşdu. Müalicəsi Azərbaycanda davam etsə də, vəziyyəti pisləşdiyi üçün Türkiyəyə aparılmışdı.

Xatırladaq ki, İlham Rəcəbov təxminən bir il əvvəl Baş Dövlət Yol Polisi İdarəsində rəis müavini təyin olunmuşdu. Daha əvvəl isə Texniki şöbənin rəisi vəzifəsində çalışırdı.

Femida.az

Açar sözlər: #DİN   #polkovnik   #koronavirus  

Oxunub: 920