Ölkədə ümumi yoluxma 30 mini keçdi


17:13     26 İyul 2020 20_07_26_1595769307.jpg


Azərbaycanda indiyədək ümumilikdə 30 050 nəfər koronavirus infeksiyasına yoluxub.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, onlardan 22 684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib, 6 949 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Bundan başqa, ölkədə ümumilikdə 683 548, son sutka ərzində isə 7 296 test aparılıb.

Femida.az

Açar sözlər: #yoluxma   #koronavirus  

Oxunub: 790