Gəncə sakini naməlum şəraitdə bıçaqlanıb


17:53     26 İyul 2020 20_07_26_1595771666.jpg

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, 1987-ci il təvəllüdlü Cəfərov Ceyhun Arif oğlu döş qəfəsinin sol tərəfinin daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

C.Ceyhunun hansı şəraitə bıçaqlanması məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 947