Rusiyada aeroportlara partlayıcı qurğular yerləşdirilməsi barədə anonim zəng araşdırılır


19:45     26 İyul 2020 20_07_26_1595774766.jpg

Rusiyanın hüquq-mühafizə orqanlarına böyük şəhərlərdə aeroportlara partlayıcı qurğular yerləşdirilməsi barədə anonim zəng daxil olub.

Femida.az -ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarına Krasnodar, Sankt-Peterburq və Moskva aeroportlarının minalandığı bildirilib.

Hazırda Rusiya hüquq-mühafizə orqanları daxil olan informasiyanı araşdırır. Aeroportlara hüquq-mühafizə orqanlarının, təcili yardım xidmətinin əməkdaşları, kinoloqlar göndərilib.

Açar sözlər:

Oxunub: 613