Bakıda avtomobilin vurduğu piyada ölüb


20:52     26 İyul 2020 20_07_26_1595781182.jpg

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçən 1970-ci il təvəllüdlü Səyyadov Nizami Xanlar oğlunu avtomobil vurub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunsa da, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 917