Gürcüstanda azərbaycanlı və ermənilər arasında növbəti qarşıdurma olub
21:33 26 İyul 2020
Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində yerli azərbaycanlı və ermənilər arasında qarşıdurma olub.
Femida.az xəbər verir ki, hadisəyə kəndin polis idarəsində işləyən erməni əsilli əməkdaşın oğlunun etdiyi hərəkət səbəb olub.
“Sadaxlı Dirçəliş İttifaqı”nın sədri Sabir Mehdiyev bildirib ki, Şaumyan kəndindən olan həmin şəxs Ermənistan dövlət nömrə nişanlı avtomobili ilə kəndin mərkəzində təhlükəli vəziyyət yaradıb: “O, yolda azərbaycanlı gənclərin olduğu avtomobilin qarşısını kəsib və nalayiq hərəkətlərə yol verib. Gəncin əməllərindən hiddətlənən kənd sakinləri onu saxlayıb və tərəflər arasında mübahisə, daha sonra isə fiziki qarşıdurma yaranıb. Erməni gənc azərbaycanlıların ünvanına təhqir, söyüş işlədib və hədə-qorxu gəlib”.
Təşkilat rəhbəri deyib ki, kənd sakinləri gəncin atasının polis sıralarından istefa verməsi tələbi ilə aksiya keçiriblər: “Hazırda kənddə vəziyyət sakitdir və insidentlə bağlı araşdırmaya başlanılıb”.
Oxunub: 1002
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstanda hərbi bazada hərbçinin meyiti aşkarlanıb
- Gürcüstanda 20 ildir axtarılan şəxs Azərbaycanla sərhəddə həbs edilib
- Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq
- Gürcüstanda azərbaycanlıların toyundan sonra qarşıdurma olub, xəsarət alanlar var