“Küləklə sovrulanlar” filminin məşhur qəhrəmanı vəfat etdi


21:58     26 İyul 2020 20_07_26_1595784005.jpg

Aktrisa Oliviya de Hevillend 104 yaşında vəfat edib.

Femida.az xəbər verir ki, bu barədə “Deadline” internet nəşri bildirib.

Məlumata görə o, Parisdəki evində dünyasını dəyişib.

Oliviya de Hevillend "Küləklə sovrulanlar" (“Gone with the Wind”, 1939-cu il) filmindəki rolu ilə məşhurdur.

Oliviya de Hevillend 1 iyul 1916-cı ildə Tokioda anadan olub. O, sonradan Kaliforniyaya köçüb və 18 yaşı olarkən “Warner Brothers” studiyası Oliviyaya ilk müqavilə təklif edib. De Hevillend peşəkar karyerası ərzində iki dəfə "Oskar" mükafatı alıb. Aktrisa habelə iki dəfə "Qızıl qlobus" mükafatına layiq görülüb.

Açar sözlər:

Oxunub: 578