Sudanda silahlı hücum nəticəsində 60-dan çox insan həyatını itirib


09:50     27 İyul 2020 2020/07/1595813930198_cf9cX0Iy_1595828522.jpeg


Sudanın Qərbi Darfur əyalətində silahlı hücum nəticəsində 60-dan çox insan ölüb, daha 60 nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələləri Koordinasiya Ofisi məlumat yayıb.

Hadisə iyulun 25-də Qərbi Darfurdakı Mistri kəndində baş verib. 500-ə yaxın silahlı şəxs kəndin müxtəlif yerlərinə, eləcə də bazara hücum edib.

Ad - 00:26
ƏTRAFLI
Red Bull
Baş nazir Abdullah Hamduk Darfurun beş bölgəsində vəziyyətə nəzarət məqsədilə ortaq silahlı qüvvələrin yerləşdirilməsi üçün əmr imzalayıb.

Xatırladaq ki, bu hücum 19-26 iyul tarixlərində Darfurda baş verən sayca yeddinci hadisədir.

Açar sözlər:

Oxunub: 598