Şəkidə 6 tona yaxın narkotik vasitə məhv edildi


11:05     27 İyul 2020 20_07_27_1595833570.jpg

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Öyrət kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.


Bu barədə Femida.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 5 ton 600 kq olan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 687