Azərbaycanda karantin rejimi qaydalarını pozan vəkil həbs edilib


11:44     27 İyul 2020 20_07_27_1595835973.jpg


Bakıda karantin rejimi qaydalarını pozan şəxs həbs edilib.


Femida.az -ın əldə etdiyi məlumata görə, Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Nadirov Elçin Zahir oğlu karantin qaydalarını pozduğu üçün saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.

Xətai rayon Məhkəməsində hakim Lalə Rəhimlinin sədrliyi ilə keçirilən prosesdə Elçin Nadirov 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Qərardan narazı qalan vəkil apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsində onun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Mənbə: APA

Açar sözlər: #vəkil   #vəkillərkollegiyası  

Oxunub: 2286