Bakıda evdən 15 min manatlıq oğurluq olub


11:59     27 İyul 2020 20_07_27_1595836307.jpg

Bakıda mənzildən oğurluq olub.

Femida.az -ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Günay Əliyevanın mənzilinə daxil olan naməlum şəxs və ya şəxslər oradan 15 min manat dəyərində cehiz əşyaları oğurlayıblar.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 638