Azərbaycanın yeni Təhsil naziri bu şəxs oldu - SƏRƏNCAM


13:00     27 İyul 2020 2020/07/emin_esas_1595841182.jpg


Azərbaycanda yeni Təhsil naziri təyin olunub.


Femida.az-ın məlumatına görə, Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, E.Əmrullayev bu günə qədər nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.

2016-cı ilin aprelindən Təhsil Problemləri İnstitutunun (TPİ) direktorunun səlahiyyətləri Emin Əmrullayevə həvalə olunub.

Femida.az

Açar sözlər: #təhsil   #nazir  

Oxunub: 2568