Bu şəxslərə material, avadanlıq və digər əmlak veriləcək


20:19     27 İyul 2020 2020/07/de8878b5-6f2a-3249-af89-8091f148e67e_1595866955.jpg

Nazirlər Kabinetinin 25 iyul 2020-ci il tarixli yeni qərarı özünüməşğulluq proqramının icrası, proqram çərçivəsində isşz və işaxtaranların kiçik ailə təsərrüfatlarının yaradılması işinin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə də ardıcıl şəkildə davam etdirilməsinə imkan yaradır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.aza verilən məlumata görə, qərarda hazırkı pandemiya ilə əlaqədar Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunmaları nəzərdə tutulur. Həmin şəxslərə yerli məşğulluq orqanlarının köməkliyi ilə tərtib etdikləri biznes planlar əsasında material, avadanlıq və digər əmlak veriləcək.

Qərara əsasən, xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb olunmasını təmin edəcək. Bununla əlaqədar Nazirlik özünüməşğulluğun təşkili məqsədilə onlayn təlim proqramlarının hazırlanmasını da sürətləndirəcək.

2020-ci il üzrə 12 min ailənin (50 min ailə üzvü) özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır və bu ilin ötən dövründə onlardan artıq 4 200-ə yaxın şəxs proqrama cəlb edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 698