“Azərişıq”dan vətəndaşlara müraciət


21:32     27 İyul 2020 azerisiq%20ixtisarr.jpg

Hər zaman abonentləri dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməyi qarşısına məqsəd qoyan "Azərişıq" ASC, həmçinin təhlükəsizlik məsələsini də ön planda tutub.

ASC-dən Femida.az-a bildirilib ki, bəzi məsuliyyətsiz insanlar özünün və başqalarının həyatını düşünmədən ətraf üçün təhlükə saçan addımlar atırlar. Belə ki, Abşeron rayonu, Hökməli-Qobu yolu, Koroğlu küçəsindən keçən ikidövrəli 10 kilovoltluq elektrik veriliş xəttinin (EVX) mühafizə zonasında 2 mərtəbəli obyekt tikilir və həmin obyektin dam örtüyü adıçəkilən EVX-yə toxunur. Obyekt sahibinə baş verə biləcək yanğın və hər hansı bədbəxt hadisə ilə əlaqədar olaraq dəfələrlə xəbərdarlıq edilib.

Belə hallar minlərlə istehlakçının dayanıqlı elektrik enerjisi ilə təminatını təhlükə altına qoyur. Nəticədə qaydalara uyğun tikilmədiyi üçün gələcəkdə bu binaya elektrik enerjisinin verilişi mümkün olmayacaq. Bu isə sahibkarın haqsız narazılığına səbəb olacaq. Obyekt sahibi özünün və bu binadan istifadə edəcək digər sakinlərin həyatı üçün hansı təhlükə yaratdığını dərk etsə də, qaydalara məhəl qoymaq istəmir və tikintini bu gün də davam etdirib. Bu barədə Abşeron Rayon İcra Hakimiyyətinə və hüquq-mühafizə orqanlarına rəsmi olaraq məlumat verilib ki, sahibkarın bu özbaşınalığı yolverilməzdir və gələcəkdə böyük təhlükəyə səbəb ola bilər.

"Azərişıq" ASC bir daha vətəndaşlara müraciət edərək bildirir ki, ev və ya hər hansı bir obyekt tikən zaman qaydalara uyğun hərəkət etsinlər, özlərinin və başqalarının həyatı üçün təhlükə yaratmasınlar.

Femida.az

Açar sözlər:

Oxunub: 846


Oxşar xəbərlər