Razi Nurullayev AXCP adından imtina etdi


12:04     28 İyul 2020 1442647454_razi1.jpg

Deputat Razi Nurullayevin sədr olduğu partiyanın onlayn qurultayı keçirilib.

Femida.az xəbər verir ki, qurultayda Azərbaycan Xalq Cəbhəsi Partiyası adından imtina edilib.

Həmçinin qurultayda Milli Cəbhə Partiyasının (MCP) təsis edilməsi haqqında qərar qəbul olunub.

“Bu addımla biz müxalif düşərgədə ilk həmrəyliyin yaranması istiqamətində addım atmış oluruq. Bütün hərəkatçıları və sağlam cəbhəçiləri çaşqın və məşəqqətli durumda olmaqdan xilas olmağa, birləşmək istiqamətində sağlam düşüncəyə səsləyirik. Eyni zamanda fəal siyasi kəsimə seçim üçün imkan yaradırıq ki, siyasi mübarizələrini sağlam formada və millətə sevgi və dövlətə etiqad prinsipində olan bir partiyada davam etdirə bilsinlər. Hesab edirik ki, MCP-nin yaranması ilə siyasi qüvvələr arasında təmərküzləşməyə nail olmaq və bütün siyasi qüvvələrlə qarşılıqlı əməkdaşlıq mümkündür” – qurultayın bəyannaməsində bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 347