Prezidentin təqaüdü alan şəxslərin sayı açıqlandı


12:57     28 İyul 2020 20_07_28_1595926599.jpg

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 455,4 min nəfərə və ya əhalinin 4,7%-nə sosial müavinət ödənilib.

Nazirlikdən Femida.az -a verilən məlumata görə, onlardan 412,1 min nəfəri aylıq, qalanları birdəfəlik müavinət alanlar olub.

Hesabat dövründə Fond 287,5 min nəfəri (əhalinin 3%-ni) isə Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin edib.

Ümumilikdə birinci yarımildə 743 min nəfərə sosial müavinət və təqaüd ödənilib. Bu istiqamət üzrə 2019-cu ilin müvafiq dövrünə nisbətən 151 mln. manat (46,6 faiz) çox olmaqla 475 mln. manat vəsait ödənilib.

Femida.az

Açar sözlər:

Oxunub: 450