Bakıda velosipedçini maşın vurub öldürdü


13:12     28 İyul 2020 qeza_velosiped_045.jpg

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, iyulun 27-də saat 19 radələrində Binəqədi qəsəbəsi ərazisində Ağsu rayon sakini T.Zeynalov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə velosiped sürən Abşeron rayon sakini R.Şəfiyevi vurub, nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 655