Qanunsuz ov edən şəxs saxlanıldı


14:55     28 İyul 2020 2020/07/06a3a9a2-1e0c-3cb3-ab6d-705eed122591_1595934462.jpg

Karantin qaydalarını pozmaqla qanunsuz ov edən Cəlilabad sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq qurulmuş postlardan birində xidmət apararkən bir qədər aralıda, rayonun Hamarqışlaq kəndi ərazisində bir nəfər şəxsin avtomobilini yol kənarında saxlayaraq ov silahından atəş açdığını müəyyən ediblər.

Polis əməkdaşları həmin şəxsə yaxınlaşdıqda onun həmin ərazidə qanunsuz ov edən Cəlilabad şəhər sakini Valeh Babayev olduğu məlum olub.

Eyni zamanda yaşayış yerini müvafiq icazə olmadan tərk etməklə karantin qaydalarını pozan həmin şəxsdən 1 ədəd ov tüfəngi, qanunsuz olaraq ovladığı 18 ədəd çöl quşu aşkarlanıb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 575