Sağ qalan neftçi faciədən ilk görüntü paylaşdı


15:09     09 Dekabr 2015 12351220_907272739309126_1011607463_n%20-%20копия1.jpg

“Günəşli “ yatağında baş verən faciədə sağ qalan neftçi Bəhruz Babayev facebook hesabında həmin günə aid fotolar paylaşıb.


Femida.az xəbər verir ki, neftçinin paylaşdığı fotolar faciə baş verən gün xilasetmə qayığından çəkilib. Fotolar dünən paylaşılsa da, neftçi bu gün facebook hesabını bağlayıb.

Xatırladaq ki, yanğın baş verən zaman neftçilərin bir hissəsi xilasetmə qayıqları ilə sağ qala biləsələr də, digər qayıqdakı neftçilərin hamısı dənizə düşüblər və hələ də, 23 nəfərin axtarışları davam etdirilir.

Açar sözlər:

Oxunub: 2015