Los-Ancelesdəki hadisələrə hüquqi qiymət vermək üçün beynəlxalq işçi qrupu yaradıldı


15:51     28 İyul 2020 2020/07/577265_qeoskvw3o6_1595937396.jpg

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin və MG Consulting şirkətinin təşəbbüsü ilə insan hüquqları sahəsində tanınmış alimlərdən ibarət beynəlxalq işçi qrupu yaradılıb.

BDU-dan Femida.az-a verilən məlumata görə, neynəlxalq işçi qrupunun məqsədi 2020-ci il iyulun 21-də ABŞ-ın Los-Anceles şəhərində azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən aqressiv hücumlar nəticəsində pozulmuş insan hüquqlarını insan hüquqları sahəsində beynəlxalq sənədlər əsasında təhlil etmək, o cümlədən faktlara əsaslanaraq hesabat hazırlamaqdır.

Bu elmi-analitik hesabat müxtəlif səfirliklər, beynəlxalq təşkilatlar, insan hüquqları sahəsində beynəlxalq mexanizmlər, ABŞ-ın hüquq-mühafizə orqanları və məhkəmələrinə göndəriləcək.

İşçi qrupunun tərkibinə aşağıdakı alimlər daxildir:

1. Professor Əmir Əliyev - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müdiri, insan hüquqları üzə mühazirəçi və çoxsaylı kitabların - dərsliklərin müəllifi.
2. Hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə - MG Consulting şirkətinin direktoru, bir sıra ölkə hesabatlarının müəllifi, insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.
3. Profesor Leonard Hummer - ABŞ-ın Arizona Universiteti, insan hüquqları üzə mühazirəçi və müxtəlif kitabların müəllifi.
4. Professor Adel Abdullin - Rusiya Federasiyasının Kazan Federal Universitetinin Hüquq fakültəsinin “Beynəlxalq və Avropa hüququ” kafedrasının müdiri, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı kitabların - dərsliklərin müəllifi.
5. Professor Revol Valeyev - Rusiya Federasiyasının Əməkdar hüquqşünası, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı kitabların - dərsliklərin müəllifi.
6. Professor İlyas Doğan - Türkiyənin Ankara Hacı Bayram Vəli Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müəllimi, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı kitabların - dərsliklərin müəllifi.
7. Hüquq üzrə fəlsəfə doktoru Cavid Qədirov - ADA Universitetinin müəllimi, insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.
8. Hüquq üzrə elmlər doktoru Turqay Hüseynov - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.
9. Hüquq üzrə fəlsəfə doktoru Cavid Abdullazadə - Türkiyənin Ankara Universiteti Hüquq fakültəsinin Beynəlxalq hüquq kafedrasının müəllimi, ADA Universitetinin müəllimi, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.
10. Hüquqşünas Əliməmməd Nuriyev, “Şəffaflıq” Azərbaycan təşkilatının rəhbəri, insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.

Professor Əmir Əliyevin və hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadənin sözlərinə görə, bu məsələlərin beynəlxalq insan hüquqları hüququ prizmasından müstəqil qiymətləndirilməsi olduqca vacibdir.

İşçi qrupunun tərkibinin daha da genişləndirilməsi və hesabatın tam olaraq avqust ayı ərzində hazır olması gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 687


Oxşar xəbərlər