Bakıda "Quli" ləqəbli narkotacir saxlanıldı


16:01     28 İyul 2020 2020/07/1595935179505_F5DbU5Jw_1595937714.png

Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılaraq, istintaqa cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuatxidmətindən Femida.az-a verilnə məlumata görə, Səbail Rayon Polis İdarəsinin Narkotiklə mübarizə bölməsi və 8-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar aləmdə “Quli” ləqəbi ilə tanınan Ağaqulu Əzizovun üzərindən 11 bükümdə, ümumi çəkisi 5,180 qram çəkidə marixuna aşkar olunaraq götürülüb.

Şübhəli şəxs ətrafında davam etdirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 2 ədəd sellafonda qablaşdırılmış, ümumi çəkisi 3 kq 485 qram narkotik vasitə olan marixuna aşkarlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 437