Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
16:06 28 İyul 2020
Cari ilin 21 iyul tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana Ofisində 2021-ci ildə keçirilməsi nəzərdə tutulan BMT-nın Baş Assambleyasının korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası (UNGASS 2021) çərçivəsində qəbul ediləcək siyasi bəyannamə layihəsi ilə əlaqədar Tərəf Dövlətləri arasında videokonfrans formatında qeyri-rəsmi görüş keçirilib.
Baş Prokurorluqdan Femida.az-a bildirilib ki, BMT-nin nümayəndələrinin, ABŞ, Böyük Britaniya, Avstraliya, Niderland Krallığı, Meksika Birləşmiş Ştatları, Peru Respublikası, Rusiya Federasiyası, Braziliya Federativ Respublikası, Çin Xalq Respublikası və Korrupsiya əleyhinə Konvensiyaya (UNCAC) tərəf olan digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyəti qismində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini İsfəndiyar Hacıyev və Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin birinci katibi Şahin Şahyarov iştirak edib.
Tədbirdə əvvəlki müzakirələrin davamı olaraq, siyasi bəyannamə layihəsi həmsədrlər- Peru Respublikasının Avstriya Respublikasındakı səfiri Erik Anderson və Birləşmiş Ərəb Əmirliklərinin səfiri Hamad Alkaabi tərəfindən iştirakçılara təqdim edilib, Tərəf Dövlətlərinin nümayəndələri tərəfindən layihə ilə bağlı yaranan problemlərə dair müzakirələr və geniş fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 784
Oxşar xəbərlər
- Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib, idarə rəisi saxlanılıb
- Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təsdiqləndi - TAM HEYƏT
- Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyada siyasi partiya nümayəndələri təmsil oluna bilər
- Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edildi
- Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yeni təyinatlar olub - ƏMR
- Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi hesabat verdi
- Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
- Korrupsiyaya qarşı mübarizədə Litva ilə əməkdaşlıq inkişaf etdirilir
- Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yeni tərkibi - SIYAHI
- Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində YENİ TƏYİNAT