Yeni ili paytaxtda qarşılamaq neçəyədir? - QİYMƏTLƏR


15:20     09 Dekabr 2015 yeni%20il%20senliyi.PNG

Yeni ili Bakıda dəbdəbə lişəkildə qarşılamaq istəyənlər bunun üçün paytaxtın 5 ulduzlu hotellərinə də üz tuta bilərlər. Dekabrın 31-də bəzi lüks hotellərdə yeni il şənlikləri təşkil olunacaq.


Araşdırma nəticəsində məlum olub ki, bəzi hotellərdə şənliklərin təşkil edilib-edilməməsi ilə bağlı hələ müzakirələr gedir. Bəzi hotellər isə bu məsələdə qəti qərara gəliblər. Beləliklə, onların hazırladığı yeni il paketlərini təqdim edirik.

1. “Jumeirah Bilgah Beach Hotel”in hazırladığı iki nəfərlik paketə hoteldə 1 gecə qalmaq, səhər yeməyi, yeni il gecəsi klassik musiqi müşayihəti ilə şam yeməyi və içkilər paketə daxildir. Bu paketi 664 manata əldə etmək olar.

2. “Fairmont Baku” isə müştərilərə 3 restoranında yeni ili qarşılamağı təklif edir. Bunlardan 1-də “İtalian Bistro” restoranında bir nəfərlik şam yeməyi 84 manatadır. Burada opera musiqisi dinləmək mümkün olacaq. Müğənnilər İnarə Babayeva, Nigar İbadlı elektron pianoda ifa edəcəklər. Yeməkdən sonra “Nur Lounge” kafesinə keçib DJ Rahib Babayevin idarəçiliyi ilə diskotekaya qoşula bilərsiniz.

“Alov Steak Hause”a isə yeni ili caz musiqisi ilə qarşılamaq istəyənlər təşrif buyura bilər. Burada Rauf Muradov saksafonda ifa edəcək. Yeməkdən sonra eyni mərtəbədə yerləşən “Alov Jazz Bar”da Cavan Zeynallı, Təranə Mahmudova və Nayanın ifasında caz musiqisi dinləyə bilərsiniz. Burada DJ Vaqifin idarəçiliyi ilə diskoteka da olacaq. Paketi 140 manata əldə etmək mümkündür.

Hotelin yalnız VİP qonaqlar üçün qapılarını açan “Fairmont Gold Lounge” restoranı da yeni il axşamı qonaq qəbul edəcək. Restoranın menyusuna 8-9 növ yemək, dessertlər və s. daxildir. Gecədə Aysel Məmmədovanın ifasını dinləmək mümkündür. Burada da diskoteka təşkil olunacaq, DJ isə Elvin Novruzov olacaq. Paketin qiyməti bir adam üçün 190 manatdır.

Onu da qeyd edək ki, Paketlərin heç birinə spirtli içkilər daxil deyil. Bunun üçün əlavə pul ödəməlisiniz. Əyləncələr saat 2-yə qədər nəzərdə tutulub, lakin qonaqların restoranı tərk etməsindən asılı olaraq vaxt uzadıla bilər.

3. “Kempinski Hotel”in “Qəbələ Ball Room”unda təşkil olunacaq şənlikdə qiymətlər qonaqların yerləşdirilməsindən asılıdır. Böyük zalda mərkəzə ən yaxın masalarda əyləşmək üçün bir adam üçün 250 manat ödənilməlidir. Bir az uzaq olanlar platinum masalardır ki, onların da qiyməti 220 manatdır. Uzaqlığına görə üçüncü yerdə dayanan qızılı masalarda isə bir nəfərlik yerin qiyməti 180 manatdır. Səhnənin görünmədiyi bənövşəyi masalarda isə qiymət 160 manatdır. Gecədə Dilarə Kazımovanın, Avroviziya mahnı müsabiqəsindəki seçimlərin iştirakçısı Ülkərin və yerli DJ-lərin çıxışını görə bilərsiniz. Hotel dekabrın 20-nə kimi 10 nəfərlik masanın hamısını götürənlər üçün 10%-lik endirim elan edib. Ümumilikdə zalın 30 masa tutumu var. Şənlik dekabrın 31-i, saat 21:00-dan 04:00-a qədər davam edəcək.

4. “Hyatt Regency Baku” hoteli isə bu il uşaqlar üçün yeni il şənliyi təşkil edəcək. Dekabrın 19-da təşkil olunacaq şənliklərdə analar və uşaqlar iştirak edə bilərlər. Qiyməti 40 manat olan şənlik saat 12:30-dan 16:00-a qədər davam edəcək. Şənlikdə teatr aktyorları, cizgi film personajları, klounlar, 10-15 animasiya proqramı oynanılacaq.

5. “Qafqaz Point Hotel”də ənənə halını alan şənliklər bir il böyüklər, növbəti il isə uşaqlar üçün təşkil olunur. Bu il növbə uşaqlarındır. Şənlik “Rus Dram Teatrı”nın aktyorlarının iştirakı ilə Azərbaycan və rus dilində təşkil olunur. Dekabrın 26 və 27-də baş tutacaq tədbirə bir nəfərlik biletin qiyməti 20 manatdır.

6. “Hilton Baku” hotelində də yeni il şənlikləri olacaq. Bunun üçün hotelin restoranları var. “360 Bar” restoranında bir nəfər üçün 150 manat, “Sky Grill”də isə 170 manat ödəmək lazımdır. Gecədə müğənni Vlada Axundova ifa edəcək. Şənlikdə menyudakı yeməklərdən əlavə kokteyllər, spirtli və spirtsiz içkilər də olacaq.

7. JW Marriott Absheron Baku” hotelində isə yeni ili 3 restoranda qarşılamaq mümkündür. “Zest” restoranında bir adamlıq dəvət 65 manat, içkilər paketi də daxil olmaqla 95 manatdır. Gecədə DJ də olacaq. “Fireworks” restoranında isə alkoqolsuz menyu 100 manat, şərab seçimləri də daxil olmaqla 120 manatdır. Gecədə caz qrupu ifa edəcək. “Oronero Bar” restoranında isə adi menyunun qiyməti 115 manat, şərab daxil olan menyunun qiyməti isə 145 manatdır. Şənlikdə gitarist və skripaçı çıxış edəcək.

“Landmark” və“Four Seasons Baku” hotelində xüsusi şənlik təşkil olunmaaycaq, amma rezervasiya ilə gecəni restoranda sakit şəkildə yemək yeyərək qarşılaya bilərsiniz.

“Sheraton Airport” hoteli restavrasiya işləri ilə əlaqədar bütün restoranlarını bağlayıb. “Ramada Plaza” isə yeni il üçün heç bir şənlik təşkil etməyəcək.

Açar sözlər:

Oxunub: 1330