Azərbaycan və Ermənistan XİN başçıları ilə həmsədrlərin növbəti görüşü payızda keçirilə bilər


19:23     28 İyul 2020 20_07_28_1595949887.jpg

ATƏT-in Minsk Qrupu çərçivəsində 3+2 formatlı, yəni Rusiya, ABŞ, Fransa nümayəndəsi olan həmsədrlər, həmçinin Azərbaycan ilə Ermənistan xarici işlər nazirləri arasında nəzərdə tutulan görüş payızın əvvəllərində keçirilə bilər.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Bildirib ki, bunun üçün iki ölkənin münasibətləri, habelə koronavirus pandemiyası ilə bağlı əlverişli vəziyyət yaranmalıdır.

Mənbəyə görə, ATƏT-in Minsk Qrupu çərçivəsində təmaslar daimi şəkildə, gündəlik olaraq həmsədrlər arasında davam edir.

“Hazırda başlıca məqsəd Azərbaycanla Ermənistan sərhədində hələ də xeyli yüksək olan gərginliyi azaltmaq, ATƏT-in Minsk Qrupu çərçivəsində diplomatik çözüm axtarışlarını fəallaşdırmaqdır” – deyən mənbə sözügedən görüşün istənilən yerdə keçirilə biləcəyini də qeyd edib.

Açar sözlər:

Oxunub: 392