Bakıda ana həbsdə olan oğluna heroin keçirmək istəyərkən saxlanılıb


20:17     28 İyul 2020 20_07_28_1595953087.jpg

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 228.4, 317-2.1, 66.2, 93.1.4, 67.1, 120.1-ci maddələrinə əsasən təqsirli bilinərək 10 (on) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Abdullayev Sirxan Abdulcabbar oğluna anası, Bakı şəhər sakini İbrahimova Əfruz İsa qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatda olan paltara hopdurulmuş 1,812 qram narkotik vasitə “heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 748