Türkiyədə 211 mindən çox şəxs infeksiyadan sağaldı


21:47     28 İyul 2020 20_07_28_1595959735.jpg

Türkiyədə daha 15 nəfər koronavirusdan ölüb.

Femida.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da koronavirus qurbanlarının sayı 5 645 nəfərə çatıb.

Son sutkada daha 963 nəfərdə koronavirus aşkarlanıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 227 982 nəfərə çatıb.

Son sutkada daha 1 092 nəfər koronavirusdan sağalıb. Hazırda ölkədə koronavirusdan sağalanların ümumi sayı 211 561 nəfərdir.

Açar sözlər:

Oxunub: 590