3 minlik mal-qara oğurlayanlar saxlanıldı


09:33     29 İyul 2020 hebs5.jpg

İyul ayı ərzində Beyləqan rayon ərazisindəki kənd və qəsəbədən mal-heyvan oğurlayaraq vətəndaşlara maddi zərər vuran şəxslər aşkar edilərək saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, iyul ayında bir qrup rayon sakini müvafiq polis şöbəsinə müraciət edərək onlara məxsus iribuynuzlu və xırdabuynuzlu heyvanlarının oğurlandığı barədə məlumat veriblər.

Məlumatla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmişə məxsus tövlədən ümumi dəyəri 1800 manat olan iki baş iribuynuzlu mal-qara oğurlamaqda şübhəli bilinən rayon sakini Pərviz Cəfərov saxlanılıb.

Bundan başqa keçirilmiş digər tədbirlərlə Beyləqan rayon ərazisindəki otlaq sahələrinin birindən qoyun oğurlayan Biləsuvar rayon sakini Cəmaləddin Xammədov saxlanılıb. Araşdırmalarla onun 6 baş qoyun oğurlamaqla zərərçəkmişə 1200 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Hər iki şəxs dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf edib.

Faktlarla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 572