Daha 250-yə yaxın azərbaycanlı Gürcüstandan təxliyə olunur


09:38     29 İyul 2020 2020/07/gurcustan-azerbaycan-serhed_1596001168.jpg

Gürcüstanı pandemiyaya görə tərk edə bilməyən 150-yə yaxın Azərbaycan vətəndaşının Vətənə təxliyə prosesi başlayıb.

Femida.az Report-a istinadən xəbər verir ki, vətəndaşlarla yanaşı təxminən 100 nəfər soydaşımız da Azərbaycana çatdırılacaq.

Onların arasında 8 Rusiya və 1 Türkiyə vətəndaşı da var.

Təxliyə olunan şəxslərin koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.

Hazırda onlar Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır. COVID-19 arayışı veriləndən sonra təxliyə olunanlar səfirliyin təşkilatçılığı ilə saat 10:00-da 4 avtobusla "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Azərbaycan ərazisinə daxil olan kimi həmin şəxslərin yaşadıqları yerə çatmaq üçün birgünlük icazələri olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 668