Naxçıvanda polislərə pul mükafatı verildi


11:51     29 İyul 2020 1356524159_polis1_922155415.jpg

2020-ci ilin əvvəllərindən başlayan pandemiyanın Naxçıvan Muxtar Respublikası ərazisində yayılmasının qarşısının alınması və təsirinin azaldılması istiqamətində Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən həyata keçirilən müdrik və düşünülmüş idarəetmə muxtar respublika sakinləri arasında koronavirusa yoluxma hallarının minimum həddə qeydə alınması ilə nəticələnib.

Femida.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, daxili işlər orqanlarının pandemiya ilə əlaqədar həyata keçirilən təhlükəsizlik tədbirlərində fəal iştirakı muxtar respublika rəhbəri tərəfindən yüksək qiymətləndirilib və ötən dövr ərzində 982 nəfər polis əməkdaşı, o cümlədən Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının 223 nəfər şəxsi heyəti birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 634