Stadion yaxınlığında adam öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA


12:23     29 İyul 2020 1398947325_mehkeme3.jpg

Qazaxda adam öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun barəsində olan cinayət işinin istintaqı başa çatıb.

Femida.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il rayonda yerləşən stadionun yaxınlığında qeydə alınıb. Rayon sakini, 1986-cı il təvəllüdlü Zaur Hüseynova bıçaq xəsarətləri yetirilib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qazax rayon Polis Şöbəsi və rayon Prokurorluğunun birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 1994-cü il təvəllüdlü Əhməd Əhmədov tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 585


Oxşar xəbərlər