Ərəb ölkələrində yaşayan azərbaycanlılar Prezidentə müraciət edib


12:32     29 İyul 2020 2020/07/1db9a-1596010926_1596011641.jpg

Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı və Oman Sultanlığında yaşayan 178 nəfər Azərbaycan vətəndaşı Prezident İlham Əliyevə dövlət və orduya dəstək məqsədli müraciət ünvanlayıb.

Femida.az müraciət mətnini təqdim edir:

"Hörmətli Prezident, Cənab Ali Baş Komandan!

Biz - Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı və Oman Sultanlığında yaşayan və əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlılar ailə üzvlərimizlə birlikdə Sizin yanınızdayıq. 12 iyul tarixində Ermənistanın Azərbaycan torpaqlarına etdiyi növbəti təxribat və işğal cəhdlərini qətiyyətlə pisləyirik, Sizin rəhbərliyiniz altında şanlı silahlı qüvvələrimizin düşmənə verdiyi layiqli cavabı alqışlayırıq. Biz həkim, mühəndis, memar və digər peşələrə sahib olan azərbaycanlılar ordumuzun gücünə və peşəkarlığına güvənirik.

Yaşadığımız Səudiyyə Ərəbistanı Krallığının Ermənistan-Azərbaycan Daqlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyi, işğalçı ölkə ilə diplomatik əlaqələrinin olmaması, eyni zamanda 12 iyulda Ermənistanın təxribatına qarşı mövqe nümayiş etdirən və bəyanat verən ilk ölkələrdən olması bizi çox sevindirir. Eyni zamanda mənzil qərargahı Ciddə şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatı tərəfindən işğalçı Ermənistanın təxribatını pisləyən son bəyanat Sizin apardığınız qətiyyətli xarici siyasətin, uğurlu diplomatiyanın parlaq təzahürüdür.

Cənab Ali Baş Komandan!

Biz azərbaycanlılar Sizin “döyüşə” əmrinizə və vətənin müdafiəsi üçün əlimizdən gələni etməyə hər zaman hazırıq. Həmçinin bildiririk ki, dünya ictimaiyyətini məlumatlandırmaq, Ermənistanın apardığı qarayaxma, beynəlxalq ictimaiyyəti aldatma aksiyasına layiqli cavab vermək məqsədilə bu ölkələrdə yaşayan soydaşlarımız adından petisiyalar imzalanmış və yayılmış, sosial şəbəkələr vasitəsilə təbliğat işləri həyata keçirilməkdədir".

Femida.az

Açar sözlər:

Oxunub: 657