Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb


13:32     29 İyul 2020 20_07_29_1596015163.jpg

Ağcabədidə piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumatına görə, iyulun 28-də saat 23 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Muğanlı kənd sakini Z. Talıbov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Xəyal Səlimovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 600