QMİ sədri Qurban bayramı ilə əlaqədar fətva verilməməsinə aydınlıq gətirib


14:06     29 İyul 2020 allahsukur.JPG

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bu il Qurban bayramı ilə əlaqədar fətva verilməməsinə aydınlıq gətirib.

QMİ-dən Femida.az-a verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə ibadət məkanları müvəqqəti bağlıdır və pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarəti belə təxirə salınıb: "Bu səbəbdən bayram namazı və qurbanlıq ibadəti ilə bağlı bu il üçün gündəmdə olan müəyyən özəl fərqliliklər nəzərə alınmalıdır. Din xadimlərinə bildirilib ki, bu özəllikləri yerlərdə insanlara çatdırsınlar və Qurban bayramı günlərində imkansız, ehtiyacı olan insanlara maddi, mənəvi yardımın bəyənilən əməl olduğu hər yerdə təlqin edilsin".

Açar sözlər:

Oxunub: 638