Goranboyda avtomobil ağaca çırpılıb, ölən var


14:19     29 İyul 2020 20_07_29_1596018022.jpg

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-A verilən məlumata görə, iyulun 28-də saat 16 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Səfikürd kənd sakini Tapdıq Behbudov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə sürücü hadisə yerində ölüb.

Goranboy Rayon Polis Şöbəsində tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 357